ATƏT PA sədri: ?Qarabağ münaqizəsinin həlli ilham Əliyevdən asılıdır?

img

15-03-2010 [12:37]


Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş bu bəyanatla çıxış edib. ?Mən ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi siyasi cəsurluq göstərəcək. Çox qəti addımlar atılmalıdır. Ümid edirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq?, - deyə Joao Soareş bildirib. Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareşin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. ATƏT rəsmiləri əvvəlcə Milli Məclisdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Bu dəqiqələrdə isə onlar ?Dağlıq Qarabağın Azərbaycanlı İcması? İctimai Birliyinin rəhbərliyi ilə danışıqlara başlayıb. ATƏT nümayəndələrinin Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi, eləcə də prezident İlham Əliyevin qəbulunda olacağı gözlənilir. Danışıqlarda əsasən, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə ediləcək. Xatırladaq ki, Azərbaycana səfərinin ilk günü ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə və zorakılıq tamamilə istisna olunmalıdır. O, problemin sülh yolu ilə həllini məqbul sayıb. Joao Soareşin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də qurumun Parlament Assambeyası sədrinin fikrini dəstəkləyib. O da bildirib ki, hərbə üstünlük verməkdənsə, tərəflərin razılığa gəlməsi məqsədəuyğundur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA