MDB Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək

img

13-03-2010 [09:18]


Martın 16-da MDB İcraiyyə Komitəsində Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şura üzvləri əvvəlcə MDB Hökumət Başçıları Şurasının mayın 21-də Moskvada keçiriləcək növbəti iclasının gündəliyi layihəsini müzakirə edəcəklər. Layihəyə 15 bənd daxildir. Hökumət başçılarının müzakirəsinə energetika sahəsində əməkdaşlığı, ümumi elektroenergetika bazarının formalaşmasını, malların və xidmətlərin milli bazarlara satılması üçün dövlətlərarası informasiya-marketinq mərkəzləri şəbəkəsinin yaradılmasını, istifadəsini və inkişafını tənzimləyən sənədlər, bir sıra maliyyə məsələləri çıxarılacaq. Bundan əlavə, iclasda 2010-cu ilin 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları ili elan edilməsi və Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsinə hazırlıq üzrə əsas tədbirlər Planının həyata keçirilməsi haqqında MDB Dövlət Başçıları Şurasının qərarının yerinə yetirilməsinin gedişi müzakirə ediləcək. Daimi səlahiyyətli nümayəndələr ?Birliyin üzvü olan ölkələrdəki seçkilərdə MDB Müşahidəçilər Missiyasının fəaliyyətinin təkmilləşdirilməsi yolları? mövzusunda ?dəyirmi masa? keçirilməsi məsələsini də müzakirə ediləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA