“Prezident ad günümə ən böyük hədiyyəni verdi” – 60 yaşlı xanəndə

img

25-02-2016 [13:20]


"Prezidentin məni ad günümdə "Şöhrət” ordeni ilə təltif etməsi, ad günümə ən böyük hədiyyə oldu”. 

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Səkinə İsmayılova dünən "Şöhrət” ordeni ilə təltif edilməsinə münasibət bildirərkən deyib. S.İsmayılova 60 illik yubileyində belə bir mükafata layiq görüldüyü üçün prezidentə təşəkkür edib: "Çox sevinirəm. Düşünürəm ki, bu mükafat tək mənə deyil, muğam dünyasında zəhməti olan insanların hamısına verilib. Mən ölkəmizin birinci xanımı Mehriban Əliyevaya da minnətdaram. Bu gün muğama olan diqqət və qayğı Mehriban xanımın zəhmətidir”.

S.İsmayılova qeyd edib ki, sənətkarın qazancı dövlətin ona verdiyi dəyərdir. 

Xatırladaq ki, fevralın 24-də Azərbaycan prezidenti İlham Əliyev tanınmış xanəndə Səkinə İsmayılovanın "Şöhrət” ordeni ilə təltif edilməsilə bağlı sərəncam imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA