25-02-2016 [12:09]
Bu gün Amerikanın nüfuzlu "Forbes” jurnalı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini, Birləşmiş Ştatların Bəhreyndəki keçmiş səfiri (2007-2011) Adam Erelinin məqaləsini dərc edib. Məqalə Rusiyanın Ermənistanı silahlandırmasından və bu ölkəyə durmadan hərbi qüvvə cəmləşdirməsindən, Vaşinqtonun isə buna səssiz qalmasından bəhs edir.
Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:
****
Milad bayramına iki gün qalmış, amerikalı siyasətçilər bayram tətilinə çıxmağa hazırlaşdığı bir vaxtda Rusiya Ermənistanla hava hücumundan birgə müdafiəyə dair hərbi müqavilə bağladı. Bununla da Rusiyanın Ermənistanda hərbi qüvvə cəmləşdirməsini sürətləndirdi. Bu, Putinin NATO sərhədlərində yeni satellit dövlət yaratmasının və ABŞ-ın əvəzedilməz müttəfiqi Türkiyəni təhdid etməsinin ən bariz nümunəsi idi.
Rusiyanın Ermənistanda hərbi qüvvə cəmləşdirməsi Vaşinqtonda sükutla qarşılanır, baxmayaraq ki, Putinin planının əsas hissəsi Suriyada artan nüfuzu və İranla güclənən hərbi əlaqələri ilə yanaşı regionda dominantlığı təmin etməkdir. Ən başlıcası, Ermənistanın NATO üzvü, alyansın cənub cinahını təşkil edən Türkiyə ilə 165 mil sərhədi var.
Son altı ayda-Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından və Türkiyəyə qarşı təzyiqlərin güclənməsindən bəri Ermənistana silah və hərbi personal axını da güclənib. Rusiya Ermənistana ən yeni "Navodçik-2” sistemləri və pilotsuz təyyarələr, habelə "İsgəndər-M” ballistik raketləri yerləşdirib. Ötən ilin iyul ayında Putin Rusiyanın xaricdəki maraqlarına yönələn mümkün təhdidlərə qarşı Ermənistandakı hərbi bazalara qəfil döyüş hazırlığı əmri verdi. Bu ayın əvvəllərində isə müdafiə naziri Sergey Şoyqu cənub-qərb strateji istiqamətində irimiqyaslı hərbi manevrlər başlatdı. Bu manevrlərə 8500 hərbçi, 900 yerüstü artilleriya vasitələri, 200 döyüş təyyarəsi və 50 hərbi gəmi qatılmışdı.
Rusiyanın Ermənistandakı hərbi iştirakı artır, ancaq son göstəricilərə əsasən həyacanlı tendensiya halını alır: Putin NATO-nun və ABŞ-ın Avropadakı maraqlarına təhdid yaradır.
Erməni-rus ittifaqı möhkəmlənir. Ermənistanda hazırda 5 minə yaxın Rusiya hərbçisi, iki hərbi bazası var. Bu günlərdə Rusiyanın Ermənistana yeni müasir silahlar verəcəyi açıqlanıb. Gümrüdəki 102-ci hərbi baza Türkiyə sərhədlərindən cəmi 10 kilometr məsafədədir və Rusiyanın ən mühüm platsdarmlarından biridir.
Rusiyanın başqa istənilən NATO ölkəsinin sərhədləri boyu qüvvə cəmləşdirməsi dərhal etirazlara və narazılığa səbəb olur. Bəs biz Türkiyəyə qarşı bu cür artmaqda olan aqressiyaya niyə susuruq? Və nəyə görə biz Putinin zərbə qüvvələrinin qarşısında qırmızı xalı sərən Ermənistana qarşı heç nə demirik?
Türkiyə sonda İŞİD-ə qarşı qlobal müharibədə mühüm müttəfiqlərdən biridir. 2015-ci ildə Türkiyə ABŞ-la İŞİD-ə qarşı birgə mübarizə haqda razılaşma əldə edib. Nəticədə İncirlik bazasından İŞİD-ə zərbə endirməyə imkan yaranıb.
Ancaq biz bütün bunları görməməzliyə vururuq. Ermənistan ABŞ-ın üç kritik müttəfiqi ilə-Gürcüstan, Türkiyə və Azərbaycanla sərhəddir. Rusiya qüvvələri hazırda Gürcüstanın bir hissəsinə nəzarət edir. Azərbaycan Moskvanın təhdidlərinə inadla müqavimət göstərir və bizim Avropanın Rusiyanın enerji daşıyıcılarından asılığını azaltmaq səylərimizin özəyini təşkil edir.
Səhv etmirsiniz: Rusiyanın Ermənistandakı hərbi iştirakı və rus-erməni hərbi müttəfiqliyinin möhkəmlənməsi NATO-nun ürəyinə sancılan xəncərdir. Ancaq Moskvanın qılıncını yellədiyi bir vaxtda Vaşinqton susur.
Ötən ilin avqustunda "The Moscow Times” yazmışdı ki, Putin Türkiyənin Moskvadakı səfirinə belə deyib: "Öz diktator prezidentinə de ki, özünün İŞİD terrorçuları ilə birlikdə cəhənnəm olsun və mən Suriyanı "Böyük Stalinqrada” çevirəcəyəm”.
Tamaşa bir kənara qalsın, məqsəd aydındır. Rusiya Türkiyəni düşmən dövlət hesab edir və geri çəkilməyəcək.
Yaranan mənzərə olduqca həyacanvericidir: Ermənistan pis aktyora çevrilib, Rusiya isə ondan bizim həyati əhəmiyyətli maraqlarımızı təhdid etmək üçün istifadə edir. Amerika liderləri güc mövqeyindən çıxış edərək danışıqlar aparmalıdır. Bunun əvəzində biz Putinin güc şousuna tamaşa etməklə kifayətlənirik. 20-ci əsrin tarixi göstərir ki, bunun axırı yaxşı qurtarmayacaq.
Virtualaz.org
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
Azər Bağırov "Kəpəz"lə razılaşıb
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
İlham Əliyev, birinci xanım və İtaliya prezidenti universitet korpuslarının açılışında iştirak ediblər
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"
“Avropa Şurasının hesabatı ilə tanışıq, bəzi məsələlərlə razı deyilik" - Kamran Əliyev
Sabiq idarə rəisi məhkmədə ittihamı rədd etdi: "Mənə düşmən olanla niyə danışığa gedim?!”
Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb - MHŞ-da iclas olub
“Kristal Bakı" "Qanlı göl"ün ətrafındakı sakinlərin "qan"ını almaq istəyir - "Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki..."
"Xəzər dənizi diqqətdən kənarda qala bilməz" - Muxtar Babayev
"Taliban" ölkədə internet və mobil telefonları qadağan edib - Seks videolarına görə
Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır: "Zərurət olarsa..."
XİN-dən Çinə mesaj: "Milli bayramınız mübarək!"
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq" - AZAL-ın vurulan təyyarəsi haqda açıqlama
Azərbaycan nefti 69 dollara düşdü
Okan Buruk: "Çempionlar Liqasında qalib gəlmək asan deyil"
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u devirdi, "Bavariya", "Real", "Atletiko"...
İsrail komandası velosiped yarışından kənarlaşdırıldı - İtaliyada
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK - Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İsraildən həbs əməliyyatı: azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"