Rusiya Xəzər dənizinə donanma və aviasiya topladı

img

16-02-2016 [17:16]


Rusiya Xəzər dənizində donanma və aviasiyanın iştirakı ilə hərbi təlim keçirib.

Strateq.az bildirir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsi komandanlığı açıqlama verib.

"Xəzər donanmasının Həştrəxan və Mahaçqala portundan şərti düşmənin hava hucumunun qarşısı alınıb”,-deyə açıqlamada qeyd olunur.

Təlim zamanı hərbi gəmilər döyüş hazırlığına gətirilib, artilleriya isə üfüqdə görünən şərti düşmənə atəş açmaqla hədəfi məhv edib.

Təyyarələr isə radiolokasiyanın müəyyən etməkdə çətinlik çəkdiyi aşağı həddə uçuşlar keçirərək şərti düşmənin gəmilərini bombalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA