Əsəd silahı yerə qoydu

img

23-02-2016 [15:35]


Suriya ABŞ və Rusiya arasında hazırlanan atəşkəs rejimi planın şərtlərinə riayət etməyə razılıq verib.

Bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu arada rəsmi Dəməşq Suriya vətəndaşları və ya Suriya hərbçilərinə qarşı hər hansı bir razılaşma şərti pozulduğu təqdirdə buna adekvat cavab verəcəyini bildirib.


Qeyd edək ki, bu gün Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək. Hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və `Əl-Qaidə`nin Suriya filialı olan `Cebhat-ən-Nüsra` terror təşkilatlarına şamil olunmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA