Bakıda 20 yazlı tələbə qız özünü 7-ci mərtəbədən atdı

img

13-03-2010 [12:19]


Bu gün səhər saat 04:30 radələrində Bakının Qaradağ rayonunun Müşfiq qəsəbəsində intihar hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, ev - 5, mənzil - 113-də yaşayan 20 yaşlı Buğdaliyeva Gülər Nadir qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən aşağı atıb. Bakı Baza 2 saylı Tibb Texnikumunun 4-cü kurs tələbəsi olan G.Buğdaliyevanın hansı səbəbdən intihar etməsi Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırılır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA