Əsgəri güllələyən çavuz məhkəmə qarzısına çıxarılıb

img

16-02-2010 [03:00]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Ədalət Məmmədovun məhkəməsi keçirilir. İttiham aktına görə, kiçik çavuş ötən ilin sentyabr ayında kiçik avtomat silahdan atəş açaraq əsgər Elvin Quliyevi güllələyib. Ədalət Məmmədov məhkəmə iclasında ifadə verib ki, əsgər yoldaşını vurmaq niyyəti olmayıb və hadisə təsadüfən baş verib. Zərərçəkmiş qismində dindirilən əsgər də onu vuran kiçik çavuşdan şikayətçi olmadığını məhkəmənin nəzərinə çatdırıb. İfadəsində göstərib ki, kiçik çavuş onunla zarafatlaşarkən təsadüfən silahdan atəş açılıb. Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA