Dünyaya ən çox silah satan 5 ölkə - SİYAHI

img

22-02-2016 [11:06]


ABŞ və Rusiya dünyada adi silahların ən böyük ixracatçılarıdır.


Bu barədə Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SIPRI) illik hesabatında deyilir. İnstitutun tərtib etdiyi reytinqə əsasən dünyanın 5 ən böyük silah ixracatçısının siyahısına 33 faizlik göstərici ilə ABŞ başçılıq edir.


ABŞ-ın əsas müştəriləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədir. Bildirilir ki, son 5 ildə 2006-2010-cu illərlə  müqayisədə ABŞ silah ixracını 27 faiz artırıb.


Siyahıda 2-ci yerdə Rusiya qərarlaşıb. Onun dünya silah ixracında payı 25 faizdir. Rusiya son 5 ildə silah istehsalını əvvəlki 5 illiyə nisbətən 28 faiz artıb. Siyahıda digər 3 yerdə Hindistan, Çin və Vyetnam qərarlaşıb.


APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA