22-02-2016 [08:44]
Fevralın 14-də Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı teleradio tariximizin araşdırıcısı, media mütəxəssisi və teletənqidçi, professor Qulu Məhərrəmlinin verdiyi müsahibə AzTV rəhbərliyində süngü ilə qarşılanıb.
Əsas səbəb budur ki, müsahibədə televiziya tarixinin müxtəlif mərhələləri barədə söhbət açan, təhlillər aparan, müsbət və mənfi meyillərini göstərən Q.Məhərrəmli AzTV-nin bugünkü fəaliyyətində özünü göstərən bəzi arzuolunmaz tendensiyaları həmin qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
Bu müsahibədən sonra AzTV rəhbərliyində təmsil olunan şəxslər bəzi saytlarda və sosial şəbəkələrdə professor Qulu Məhərrəmli əleyhinə kampaniyaya başlayıblar. Daha sonra AzTV sədrinin göstərişi və təzyiqi ilə həmin qurumun, eləcə də İTV-nin 28 əməkdaşının çıxışından ibarət 2 saat 44 dəqiqəlik "ifşa” videosu yayılıb. Həmin çıxışlarda A.Alışanov təriflənir, Q.Məhərrəmli isə "inkişafı gözü götürməyən” şəxs kimi qınanır, tənqid edilir və bəzi çıxışlarda təhqir olunur.
Biz də baş verənlərlə bağlı ətraflı məlumat almaq məqsədilə professorla əlaqə saxladıq.
Professor Q.Məhərrəmli baş verənləri "ironik vəziyyət” adlandırdı və hələlik şərh etmək istəmədiyini dedi:
"Mən tənqidi fikirlərimi demişəm, Alışanov da sovet təfəkkürü ilə total təhqir kampaniyasına başlayıb, tabeliyindəki adamların iqtisadi asılılığından istifadə edərək, onların danışığı hesabına guya həqiqəti sübut etmək istəyir. Bu, həbsxanada dustaqların türmə rəisini azadlıqdakı azad adama tərifləməsinə oxşayır”.
Siz bu "təhqirlərə görə məhkəməyə müraciət edəcəksinizmi” sualının cavabında isə Q.Məhərrəmli deyib ki, 3 saatlıq şouya baxmaq imkanı olmayıb:
"Sadəcə sürətlə firladıb bəzi adamların üz cizgilərinə baxmışam, amma hüquqşünas dostlar bu çıxışları diqqətlə təhlil edirlər. Bütövlükdə mən təzyiq altında danışan bu adamları qınamıram, onları anlayıram, sosial şəbəkələrdə bu şəxslərin təhqir olunmasının da əleyhinəyəm".(xeber365.com)
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR