"Əsgərlərimizin Suriyadakı döyüş ustalığı..." - Putindən açıqlama

img

20-02-2016 [22:56]


"Suriyada döyüşən qruplar Rusiyaya və MDB ərazisinə daxil olmaq planlarını gizlətmirlər.  Hərbiçilərimiz Rusiyanı düşmən adlandıran bu silahlı qrupları məhv edir”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi qulluqçular gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Putin Suriyada apardıqları hərbi əməliyyatları "döyüş ustalığı” adlandırıb: "Bu Yaxın Şərq ölkəsində döyüşən bizim əsgərlər Rusiyanın maraqlarını qoruyurlar. Çətin şəraitdə onlar Suriya hökümət qoşunlarına və antiterror mübarizəsinin digər iştirakçılarına kömək edirlər”(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA