Teleaparıcı Ərdoğanı tənqid edən tamaşaçının üzünə canlı yayımda tüpürdü - VİDEO

img

19-02-2016 [10:13]


Türkiyənin "A Haber" telekanalının aparıcısı canlı efirdə Ankaradakı partlayışın qarşısını ala bilmədiyi üçün Ərdoğan hakimiyyətini tənqid edən tamaşaçılarına qarşı xoşagəlməz hərəkət edib.


Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir. 


Məlumata görə, Erkan Tan canlı efirdə hökuməti tənqid edən tamaşaçıların üzünə tüpürüb. 

Aparıcının bu çıxışı Türkiyədə böyük rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri aparıcının tamaşaçılardan üzr istəməsini tələb edirlər.


Qeyd edək ki, Erkan Tan Türkiyənin tanınmış jurnalistlərindəndir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA