"Barbarca törədilən bir cinayətin açıqlaması ola bilməz" - Moskvadan Ankaradakı terrorla bağlı açıqlama

img

18-02-2016 [15:17]


"Moskva Ankarada baş verən terroru qınayır. Hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyir".

Mia.az ANS-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Rusiyanın Xarici İşlər Nazirliyi də baş verən hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada 17 fevralda meydana gələn hadisə pislənib, türk xalqına dərin hüznlə başsağlığı verilib:

 "Barbarca törədilən bir cinayətin açıqlaması ola bilməz. Hadisəni törədənlər bunun cavabını verməlidirlər. Yaşanan hadisə bir daha bütün dövlətlərin terrorla mübarizədə birləşməsi gərəkdiyini göstərir".

Xatırladaq ki, fevralın 17-si axşam saatlarında Ankarada qanlı terror aktı törədilib. Baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA