Türk ordusundan qisas əməliyyatı: qırıcılar İraqa girdi

img

18-02-2016 [12:37]


Fevralın 17-də axşam Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb. Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.

***

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türk Silahlı Qüvvələrinin hava əməliyyatı haqda bunları qeyd edib:

"Dünən Haftanin bölgəsi ətrafında separatçı terror təşkilatına məxsus düşərgələr istiqamətində çox böyük və əhatəli bir əməliyyat aparılıb.

Kəşfiyyatımızın verdiyi məlumatlardan sonra keçirilən bu əməliyyatda 100-ə yaxın terror təşkilatına mənsub şəxs öldürülüb".

Qeyd edək ki, dünən gecə Ankarada baş verən dəhşətli terror hadisəsində rəsmi rəqəmlərə görə 28 nəfər həyatını itirib, 61 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA