Ankarada qanlı terror: ölən və yaralananlar var, Davudoğlu səfərini təxirə saldı - VİDEO (YENİLƏNİB)

img

17-02-2016 [21:45]



Mia.az xəbər verir ki, terror nəticəsində 18 nəfər ölüb, 50-yə yaxın yaralılar var. Bununla bağlı videoları yazının sonunda təqdim etmişik:

*****

Ankarada təxminən bir saat əvvəl baş verən qanlı olayın terror olduğu rəsmən təsdiqlənib.

 

AKP hökumətinin sözçüsü Ömər Çelik partlayışın terror aktı olduğunu deyərək baş verənləri alçaq hücum adlandırıb.

 

Hazırda Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir.

 

Baş nazir Əhməd Davudoğlu terror hadisəsi ilə bağlı Belçika səfərini təxirə salıb. 

 

***

 

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Bakı vaxtı ilə 20.33-də Silahlı Qüvvələrin Baş Qərargahının binasından 300 metr aralıda – Quru Qoşunları Komandanlığı və Hava Qüvvələrinin binalarının önündə baş verib.

 

Ankara valiliyindən verilən məlumatlara görə, partlayış nəticəsində 11 nəfər ölüb, 10 nəfər yaralanıb. 

 

Hadisə yerinə xeyli sayda polis, təhlükəsizlik qüvvələri, xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.

 

İlkin məlumatlara görə, partlayış içərisində bomba olan avtomobillə törədilib. Həmin vaxt yoldan hərbiçiləri daşıyan avtomobillər keçirmiş. Ölən və yaralananların hərbiçilər olduğu ehtimal edilir.


****

Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib. 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini Ankaradakı terror aktı ilə əlaqədar təxirə salıb. 

 

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA