17-02-2016 [17:55]
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs" sənədli filmi Azərbaycan dilində nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Macar Turan Fondunun sədri Biro Andras Szolt, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də jurnalistlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün Macar və yerli heyətin böyük əmək sərf etdiyini vurğulayıb: "Mən əslən qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin görüntülərini görmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və bu gün işğal altında olan yerləri nümayiş etdirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərini həm Macarıstana, həm bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Hadisə zamanı həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasimdə "Atəşkəs” filminin nümayişinə baxış keçirilib.
Ekran işinə baxışdan sonra səhnəyə Macar Turan Fondunun sədri Biro Andras Szolt çıxıb. O, film və Azərbaycan haqqında fikirlərini bildirib: "Azərbaycan və Macar xalqı daima bir-birinə yaxın olub. Hər iki xalq üçün xoşbəxt gələcək istəyirəm. Filmə gəldikdə isə bu ekran işi sülhün simvoludur. Film haqqında danışmaq olduqca ağırdır. "Atəşkəs” filmi seyr edən hər kəsə Azərbaycanın qanlı tarixi böyük təsir edir. Macarılar 90-cı illərdə bu haqda heçnə bilmirdilər. Sadəcə Qafqazda ölkələri arasında müharibə baş verdiyi barədə məlumatımız var idi. Macar xalqı hər zaman həqiqət tərafdaşıdır. Buna görə də bu hadisəni reallığı ilə göstərmək istədik. Ümid edirəm ki, Qarabağlılar öz ana yurdlarına geri dönərək, həyatlarının qalan hissəsini orada davam etdirəcəklər. Azərbaycana gözəl gələcək arzulayıram”.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev sözügedən film haqqında müsbət rəyini söyləyib:
""Atəşkəs” filmi sözün bitdiyi yerdir. Deməyə belə söz tapmıram. Çünki film özlüyündə mənim demək istədiklərimi söylədi. Filmdə əməyi olan Macar Turan Fondunun sədri Biro Andras Szolta, Beynəlxalq Avrasiya Məbuat Fondunun sədri Umud Mirzəyevə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova təşəkkürlərimi bildirirəm. Filmdə dünya vətəndaşının çağırışını görürəm. Bu film bir sülh mesajıdır. Bu faciəni dünyaya çatdırılmasında ələxsus bizə kömək olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlığımı bildirirəm. Bu cür faciələrin dünyada tanıdılmasında Əli müəllimin ilk xidməti deyil”.
Sonda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söz alaraq bu filmin çəkilməsi məqsədindən söz açıb: "Biz bu gün növbəti məyusluq doğuran hadisənin xronoloji yeniliyini xatırlayırıq. 24 il bundan öncə bəşəriyyət növbəti cinayətin şahidi oldu. Xüsusi qədarlıqla törədilən Xocalı faciəsinə şahidlik etdik. Hadisənin 26 fevral 1992-ci ildə törədilməsinə baxmayaraq biz bu faciəni yalnız son illərdə xarici tərəfdaşlarımızın və ölkə siyasətimizin gücü ilə dünyada tanıda bildik. 1992-1993-cü illərdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər bu faciəyəyə nəyinki dünyada hətta, ölkəmizdə belə real qiymət verilməmişdi. Yalnız Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisəsi öz hüquqi qiymətini almağa başladı. 5 il öncə bu hadisə ilə bağlı diaspora sturukturu, xarici və daxili dostluq əlaqələri, ölkə səfirlikləri, o cümlədən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət” kampaniyası başladı. Bu layihə faciənin təməlində dayanan gerçəkliyinin dünyaya yayılmasında atılan uğurlu layihədir. Bu hadisənin arxasında böyük bir siyasət dayanır. Xocalı faciəsinin dünyaya tanıdılmasında, həmçinin "Atəşkəs” filminin çəkilməsində məqsəd erməni xalqına nifrət aşılamaq deyil.
Biz sadəcə, bu cinayətkar rejimi dünyaya göstərmək istəyirik. Çünki bu xalqın öz nümayəndələri də amansız siyasətindən az əziyyət çəkməyib. Cənubi Qafqaza Rus, İngilis və bir çox imperiyalar ayaq basaraq torpaqlarımızı işğal etməyə çalışıblar. Amma heç biri bu vəhşiliyi etməyib. Yalnız ermənilər bu amansız siyasəti yürüdüblər. Prezident İlham Əliyev siyasi fəaliyyəti boyunca Xocalı faciəsinin dünyada tanıdılmasına xüsusi yer ayırıb. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnaməyə hələ də cavab verilməyib. Bu o deməkdir ki, BMT öz funksiyalarını yerinə yetirə bilmir. ATƏT Minsk qrupu Xocalı faciəsinə ikili standart çərçivəsində baxır. Buna görə də 24 ildir ki, bir nəticə əldə etməkdə çətinlik çəkirik. Bunun da fəsadları dünyanı bürüyüb. Odur ki, biz bu siyasi fəaliyyətimizi davam etdirməliyik. Nə qədər ki, beynəlxalq hüquq normaları bunu aradan qaldıra bilmir. Biz bu gerçəkliyin dünyaya yaılması üçün əlimizdən gələni etməliyik. İstəyirik ki, bütün xalqlar sülh içində yaşasın. Ölkələr arasına belə tipli nifaq salınmasın. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasət xalqlar arasında sülhə söykənən fəaliyyətdir”.
Qeyd edək ki, "Atəşkəs” filminin təqdimetmə mərasiminin sonunda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Macar Turan Fondunun sədri Biro Andras Szoltı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevi diplomla təltif edib.
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
Növbəti iki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"