17-02-2016 [14:59]
Bu gün bəzi saytlarda "Həftə içi” qəzeti və qəzetin veb-səhifəsi olan www.hafta.az saytının fəaliyyətini dayandırdığı və əməkdaşlarının kütləvi şəkildə ixtisar olunduğu haqda yayılan xəbərə adıçəkilən media qurumlarının baş redaktoru aydınlıq gətirib.
Mia.az xəbər verir ki, bu barədə adıçəkilən qurumların təsisçisi və baş redaktoru Sevinc Seyidovanın yaydığı bəyanatda bildirilir:
"Rəhbərlik olaraq bildiririk ki, hazırda "Həftə içi” qəzeti və www.hafta.az saytı gündəlik fəaliyyətini normal rejimdə davam etdirir. www.hafta.az müstəqil informasiya saytı yox, məhz "Həftə içi” qəzetinin veb-səhifəsi olduğu üçün bu iddiaların tamamilə yalan olduğunu bildiririk. Sadəcə çap xərclərinin artması ilə bağlı mətbuat orqanının səhifələri müvəqqəti olaraq azaldılıb. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu vasitəyə tək "Həftə içi” qəzeti yox, ölkənin bir sıra tanınmış gündəlik mətbuat orqanları da əl atıblar.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da manatın devalvasiyasından sonra Milli Məclisdə mətbuatın üzləşdiyi problemlərdən söz açıb. O da bildirib ki, ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Hətta bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə də müraciət ünvanlanıb. Bir daha vurğulamaq istərdik ki, bu problem tək "Həftə içi” qəzetinin yox, ölkədə fəaliyyət göstərən bütün çap mediasının ümumi problemidir.
Əməkdaşlarımızın ixtisar olunması ilə bağlı iddialara gəldikdə isə, bu məsələ də dəqiqləşdirilməmiş informasiyalara əsaslanır. Adları çəkilən əməkdaşlarımızından Vüsal Tağıbəyli, Sevinc Osmanova, Qələndər Xaçınçaylı bu gün də redaksiyadadırlar və öz fəaliyyətlərini davam etdirirlər. Digər əməkdaşımız Tural Turan isə səhhətində yaranmış problemlərlə bağlı bir aylıq müalicə üçün icazə alıb. Yalnız bir-iki əməkdaşımızın fəaliyyətinə son qoyulub ki, bu da qəzetin və saytın normal rejimdə fəaliyyət göstərməsinə heç bir təsir göstərməyib.
Adımızın bu cür hallanması 18 ilə yaxın bir dövrdə Azərbaycan mətbuatının inkişafında, dövlət maraqlarının müdafiəsində KİV orqanı olaraq üzərinə düşən rolu layiqincə yerinə yetirən "Həftə içi” qəzetinin imicinə ciddi zərbə vurur. Bir daha bu iddiaları qətiyyətlə rədd edirik”.
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR