Əbülfəs Qarayev əmr verdi - Mədəniyyət Sarayına yeni təyinat

img

16-02-2016 [14:17]


Mərdəkan Mədəniyyət Sarayına yeni təyinat olub.

Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə Kamran İsrafilov təyin edilib.

Qeyd edək ki, K.İsrafilov Heydər Əliyev Fondunun təçəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimidə sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodyuserliyi ilə çəkilmış "Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

K.İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissorudur.
Trend.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA