Ruslar Azezi bombaladı, Türkiyənin cavabı gecikmədi

img

15-02-2016 [16:09]


Türkiyə ordusunun iki gündür həyata keçirdiyi bombardıman nəticəsində  Rusiyanın dəstəyi ilə Azez bölgəsini ələ keçirmiş PKK-nın Suriya qolu PYD bölgədən çıxarılıb.

Avropa.info xəbər verir ki, bu gün Rusiya təyyarələri yenidən Azez bölgəsini bombalayıb. Bombardıman nəticəsində bir xəstəxana və bir məktəb vurulub, 15 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilir. Yaralılardan 20 nəfəri Türkiyənin Kilis xəstəxanasına çatdırılıb. 

Bundan sonra, Türkiyə ordusu toplarla, tanklarla   PYD-nin hələ də olduğu Minnağ aeroportunu, Telrifat və Şavarikat bölgələrini vurmağa başlayıb. Bu dəqiqələrdə bombardımanın davam etdirildiyi bildirilir. Atəş səsləri Kilis şəhərindən eşidilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA