"Ərdoğan Türkiyəni bölgənin yeganə lideri etməyə çalışır" - Rusiya

img

20-02-2016 [21:15]


"Prezident Ərdoğan Türkiyəni regionu heç kimdən təlimat almadan idarə edən liderinə çevirmək istəyir”.


Strateq.az xəbər verir ki, Rusiya Federasiya Şurası xarici işlər komitəsinin sədri Konstantin Kosaçev belə düşünür.


 O, "Rossiya 24” televiziyasına açıqlamasında deyib:


"Ərdoğanın xarici siyasət strategiyası artıq ABŞ-la müttəfiqlik münasibətlərinə sığmır. O, Türkiyəni bölgənin yeganə lideri etməyə çalışır. Görünən budur ki, Ankara regional xarici siyasətində artıq ABŞ başda olmaqla, heç bir ölkədən əmr, təlimat almaq niyyətində deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA