Qoran Lenmarker: "Qarabağ münaqizəsinin həlli yolunun tapılmasının vaxtı çatıb"

img

09-03-2010 [03:02]


"Düşünürəm ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb". Regiona səfəri çərçivəsində Tiflisdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ANS TV-nin Gürcüstan bürosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, problemin həlli üçün artıq baza mövcuddur. ?Biz burdakı görüşlərdən sonra İrəvana və Bakıya səfər edəcəyik, hər iki ölkənin prezidentləri də daxil olmaqla çox vacib görüşlər keçirəcəyik. Düşünürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı gəlib çatıb. Məncə Minsk Qrupunun fəaliyyəti o deməkdir ki, bu problemin həlli üçün artıq baza mövcuddur. Amma burda hər iki ölkə başçılarını və dövləti razı salacaq həlli yolunun tapılması vacibdir", deyə Q. Lenmarker bildirib. ATƏT nümayəndəsi onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün daha önəmlidir. "Problemin həlli Azərbaycan üçün daha önəmlidir. Çünki Azərbaycanın çoxlu sayda qaçqınları və məcburi köçkünləri var və onların evlərinə qayıtmaq hüququ var. Bəli Dağlıq Qarabağ problemi üzrə irəliləyiş var. Çünki görüşlər Xarici İşlər Nazirliyi və prezidentlər səviyyəsində Minsk Qrupunun təklifləri əsasında davam etdilirlir. Mən indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kmi dəyərləndirirəm. Çünki hər iki prezident mövcud imkanları nəzərə alaraq problemin həlli istiqamətində razılığın əldə olununmasına çalışmalıdırlar?, deyə ATƏT nümayəndəsi əlavə edib. Qeyd edək ki, bu gün ATƏT Parlament Assambleyasının (PA) prezidenti Joao Suares və ATƏT-in Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Cənubi Qafqaza səfərləri çərçivəsində Tiflisə gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA