AiDP ABŞ konqresinin qəbul etdiyi qətnaməni pislədi

img

09-03-2010 [01:10]


Azərbaycan İslam Demokrat Partiyası (AİDP) ABŞ konqresinin nümayəndələr palatasında qondarma erməni soyqırımı ilə bağlı bir səs çoxluğu ilə qəbul olunan qətnaməni pisləyir. Məsələ ilə bağlı MIA-ya açıqlama verən AİDP sədri hacı Tahir Abbaslı deyib ki, islamçı demokratlar bu prosesdə Türkiyəni dəstəkləyir: ?Biz digər məsələlərdə də Turkiyəni dəstəkləmişik. Bu məsələdə də Türkiyənin yanındayıq və ABŞ-ın soyqqırım məsələsi ilə alver etməsini düşmənçilik kimi qiymətləndiririk?. AİDP sədri bildirib ki, ABŞ hakimiyyəti qətnamənin əleyhinə olduğunu göstərsə də bu görüntü naminə verilən açıqlamalardır: ?Bəziləri deyir ki, həmin palata erməni lobbisinin təsiri altındadır. Düzdür, ABŞ-da erməni lobbisi güclüdür. Amma məhz bu məsələdə erməni lobbisinin Barak Obamanın, Hillari Klintonun və digər nüfuzlu şəxslərinin sözünü üstələyəcəyinə inanmaq sadalövlük olardı. Bu mənada biz hesab edirik ki, hər il təkrarlanan bu proses ABŞ-ın digər ölkələri o cümlədən Türkiyəni zəiflətmək, parçalamaq siyasətinin tərkib hissəsidir. ABŞ-da Rusiya və Fransa kimi erməni kartından yararlanmağa çalışır?. ABŞ-la Turkiyənin müttəfiqliyinə gəlincə, T.Abbaslı hesab edir ki, həqiqətən də ABŞ bu ölkəni itirmək niyyətində deyil: ?Amma ABŞ-ın xarici siyasətinə nəzər salsaq görərik ki, bu ölkə bərabərhüquqlu mütəffiqliyə razı olmayıb. Həmişə üstün olmağa çalışıb. Türkiyə ilə münasibət də eyni siyasəti tətbiq edir. Türkiyə müsəlman ölkəsi olaraq həm dünyada, həm də bölgədə nüfuz sahibidir. Və bu nüfuzu getdikcə güclənir. ABŞ isə Türkiyənin timsalında ondan asılı olan mütəffiq yaratmaq istəyir. Ona görə də bütün imkanlardan istifadə edərək, Türkiyənin zəifləməsinə, təklənməsinə çalışır?. Qətnamənin konqresdə qəbul edilib-edilməyəcəyinə gəlincə, AİDP sədri bildirdi ki, ABŞ-dan belə xəyanətkar addım gözləniləndir: ?Bu mənada Türkiyə diplomatiyası fəallığı bir qədər də artırmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA