Müsavat Partiyasının Salyan rayon təzkilatının sədrinin oğlu qətlə yetirilib

img

08-03-2010 [03:26]


Dünən gecə Salyan rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Müstəqil İnformasiya Agentliyinin bölgə müxbirinin verdiyi məlumata görə, 24 yaşlı Axundlu Ramal Mirzəağa oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunsa sa, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı gecə xəstəxanada keçinib. Salyan rayon polis şöbəsi əməkdaşlarının səyi nəticəsində şübhəli şəxs saxlanılıb. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Məlumat üçün onu da bildirək ki, qətlə yetirilən Ramal Axundlu Müsavat Partiyasının yerli təşkilatının sədri Mirzəağa Axundlunun yeganə oğul övladı idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA