Şüvəlan istintaq təcridxanasında dustaq özünü və həyat yoldazını öldürüb (yenilənib)

img

17-02-2010 [06:12]


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlanda yerləşən istintaq təcridxanasında intihar hadisəsi baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhbus ailələrindən biri məlumat verib. Belə ki, adı bizə də məlum olmayan dustaq həyat yoldaşından onunla görüşmək üçün təcridxanaya gəlməsini xahiş edib. Görüş zamanı ər və arvad arasında narazılıq yaranıb və dustaq həyat yoldaşını üzərindəki kəsici alətlə qətlə yetirilib. Uzunmüddətli cəzaya məruz qalacağından ehtiyatlanan mərhum dustaq gecə yorğanın altında öz damarlarını da kəsib. Səhər tezdən yoldaşları onun meyitini yatağından tapıblar. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Məsələylə bağlı Penitensiar Xidmətini mətbuat katibi Mehman Sadıqovla əlaqə saxladıq. M.Sadıqov məsələdən xəbərsiz olduğunu bildirdi: ?İcazə verin, mən bu faktı təcridxananın rəisii ilə dəqiqləşdirim, sonra sizə məlumat verim?. Mətbuat katibi ilə ikinci söhbətimizdə məlumatı dəqiqləşdirdiyini deyən M.Sadıqov belə bir hadisənin baş vermədiyini bildirdi. Fikrini isə təcridxanada görüşə yalnız müstəntiqin göstərişindən sonra icazə verilməsiylə əsaslandırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA