Ramiz Rzayev: "Ötən il 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib"

img

02-03-2010 [01:52]


[/right] Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ötən ilin yekunlarından danışan R.Rzayev 2009-cu ildə Azərbaycan məhkəmələrində 96 min 129 işə baxıldığını qeyd edib. Ali Məhkəmə sədrinin sözlərinə görə, Azərbaycan məhkəmələrində baxılan işlərdən 75 min 269-u mülki iş olub. Hesabat dövründə 14 min cinayət və hərbi işlərə baxılıb. Nəticədə 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib. Ramiz Rzayevin sözlərinə görə, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən hüquq pozuntuları ilə bağlı şikayətlər əsasında 2009-cu ildə 7 qərar qəbul edilib. O, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların Azərbaycanda tam olaraq yerinə yetirildiyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA