Abdulla Gül: "Türkiyə təzyiqlə inanmadığı bir zeyi qəbul etməyəcək"

img

06-03-2010 [02:08]


Türkiyə hədə və təzyiq ilə heç bir zaman inanmadığı bir şeyi qəbul etməyəcək. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma soyqırımı ilə bağlı qərarı Türkiyənin bölgədəki sülh və barışıq səylərinə zərər vurur. Bunu Türkiyə prezidenti Abdullah Gül jurnalistlərə müsahibəsində deyib. Onun fikrincə, Amerika Birləşmiş Ştatlarında uydurma erməni soyqırımı ilə bağlı qərar layihəsinin qəbulu regionda sabitliyi pozmağa yönəlib. "ABŞ kimi bir ölkənin Konqresində siyasətçilər necə səs verirlər? Olduqları bölgənin diasporunun üç- beş səsini almaq üçün, müttəfiqləri olan ölkənin əleyhinə səs verən siyasətçilərlə qarşı-qarşıyayıq. Türkiyə əleyhinə səs verənlərdən soruşsanız, məsələ ilə bağlı üç dəqiqə danışa bilməzlər", deyə Türkiyə prezidenti bəyan edib. Gül əlavə edib ki, yaranmış vəziyyət çox narahatedicidir. "Dünyaya yönvermə iddiasında olan bir ölkənin siyasətçiləri belə davranırsa, bütün dünyanı maraqlandıran hadisələri necə həll edəcəklər?", deyə Abdullah Gül vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA