Türkiyə ABŞ Nümayəndələr Palatasının Komitəsinin qərarını pisləyib

img

05-03-2010 [12:03]


Türkiyə hökuməti ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ?erməni soyqırımı? ilə bağlı qanun layihəsini pisləyib. Türkiyə Nazilər Kabinetinin açıqlamasında deyilir: ?Türkiyə ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsi tərəfindən bu gün qəbul edilən qanun layihəsini üzüntü ilə qarşılayıb. Türk ulusunu törətmədiyi bir cinayətdə ittiham edən sənədi qınayırıq. Bu sənədi dəstəkləyənlər tarixi həqiqətlər və tarixçi-alimlər arasında mövzu ilə bağlı fikir ayrılıqlarını görməzdən gələrək, yanlış və haqsız bir mövqe tutublar?. Artıq Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Ankaraya çağırılıb. Hökumətin açıqlamasında bildirilir ki, səfirlə məsləhətləşmələr aparılacaq. Səfirin bu gecə ABŞ-ı tərk edəcəyi gözlənilir. Namiq Tan keçirdiyi mətbuat konfransında deyib ki, yeni təyin olunsa da, geri çağırılmasından təəssüflənir: ?Gərəkli təlimatları aldıqdan sonra bura təkrar qayıdacağımı görəcəksiniz. Amma nə zaman qayıdacağım bəlli deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA