Əli Əhmədov: "ABŞ Konqresində saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlir"

img

04-03-2010 [05:01]


?Təəssüf doğuran haldır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma, tarixdə həqiqi izləri olmayan məsələyə-uydurma ?erməni soyqırımına? bu qədər önəm verir. Mənim fikrincə, əslində bu fakt, tarixin saxtalaşdırılmasına dəstək kimi qiymətləndirilməlidir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri pfrtiyanın saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ Konqresinin Nümayəndələr Palatasında uydurma ?erməni soyqırımının? müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib. Əli Əhmədovun fikrincə, tarixin saxtalaşdırılmasına ABŞ Konqresi tərəfindən bu şəkildə dəstək verilməsi əslində, bundan sonra da, bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirə bilər. Digər tərəfdən belə bir sənədin qəbul olunması, yaxud bu istiqamətdə cəhdlərin göstərilməsi açıq təzyiq məqsədi güdür. ?Saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlir. Əgər ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma məsələ ilə əlaqədar qərar qəbul edəcəksə, bu, ABŞ-ın dostlarını və tərəfdarlarını itirməyə hazır olduğunu sübuta yetirəcək? deyən YAP-ın Sədr müavini ABŞ və Türkiyənin dost və tərəfdaş münasibətlərində olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb. ?ABŞ Konqresi tərəfindən ?qondarma erməni soyqırımı? ilə əlaqədar sənədin qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmiş addımdırsa, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı çevrilmiş addımdır. Azərbaycanın dostuna qarşı olan qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır? deyə o, vurğulayıb. YAP-ın Sədr müavini bildirib ki, həmin qətnamə ABŞ-ın müəyyən maraqları ilə bağlıdır. Onun sözlərinə görə, indiki halda məsələnin gündəmə gəlməsi Amerikanın ssenarisi əsasında həyata keçirilməsi planlaşdırılan Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dəstək verilməsilə əlaqədardır. Əli Əhmədov qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında həm münasibətlərin yaxşılaşması, həm də sərhədlərin açılmasının hamı üçün aydın görünən mexanizmləri var. ?Ermənistanla Türkiyə arasında sərhədlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz olaraq bağlanıb. Deməli, sərhədlərin açılması üçün həlledici şərt Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir. Bu, problemin həlli üçün yeganə mümkün variantdır. Əgər ABŞ bu şərtlər kənarında Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına nail olmaq üçün hətta qondarma ?erməni soyqırımı? haqqında qətnamə qəbul etmək niyyətinə düşürsə, hesab edirəm ki, bu, birbaşa ABŞ-ın Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyaya da, ən azı, hörmətsizliyin ifadəsidir. Minsk qrupunun həmsədri kimi münaqişənin nizama salınması vəzifəsini öz üzərinə götürmüş ABŞ maraqlı olmalıdır ki, bu münaqişənin həllinə kömək edə biləcək istənilən addımı dəstəkləsin. Biz isə həqiqətdə bunu görmürük, əksinə münaqişənin nizama salınmasına kömək edə biləcək addıma qarşı yönəlmiş davranışın şahidi oluruq. Hesab edirəm ki, bu hərəkət nə vasitəçilik məntiqinə, nə də ədalət və həqiqət məntiqinə sığır. Güman edirəm ki, ABŞ-da sağlam düşüncəli insanların mövqeyi üstün gələcək və uydurma ?erməni soyqırımı? haqqında qətnamənin qəbul olunması baş tutmayacaq? deyə Əli Əhmədov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA