çilidə zəlzələdə ölənlərin sayı 700 nəfəri keçib

img

28-02-2010 [05:36]


Çilinin yerli hökumət orqanlarının bu gün səhər verdiyi açıqlamaya görə, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 700 nəfəri ötüb. Ölənlərin sayının artacağı istisna edilmir. İlkin məlumata görə, zəlzələ nəticəsində 2 milyon adan ziyan çəkib. Xilasedicilır dağıntılar altından insanları axtarırılar. Yeraltı təkanlardan sonra sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Sonradan bəzi ölkələr üçün bu xəbərdarlıq aradan qalxıb. Xatırladaq ki, Çilidə zəlzələ ötən gün yerli vaxtla saat 03.34-də (Bakı vaxtı ilə 10.34) Konsepsion şəhərindən 115 kilometr aralıda, 55 kilometr dərinlikdə 8,8 bal gücündə baş verib. Yeraltı təkanlar 10-30 saniyə davam edib. Paytaxtı bəzi rayonlarında elektrik enerjisi kəsilib, əhali vahisə içərisində küçələrə axışıb. Ümumilikdə zəlzələ nəticəsində Çilidə 1,5 milyondan artıq ev, bir necə xəstəxana dağılıb. Hakimiyyət orqanlarının məlumatına görə, onlardan 500 mini daha ciddi zərər görüb və artıq yaşayış mümkün deyil. Elektrik, rabitə xətləri zərər görüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA