Bakıda içində hərbçilər olan mazın sərnizin avtobusu ilə toqquzub, 1 hərbçi ölüb, 8-i yaralanıb

img

26-02-2010 [06:46]


Bu gün təxminən saat 16 radələrində Bakıda Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus avtomobil qəzaya uğrayıb. Bu barədə Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova məlumat verib. Daxli Qoşunların Biləcəri qəsəbəsində yerləşən ?N? saylı hərbi hissəsinə məxsus, içində 9 əsgər olan hərbi avtomobil, sərnişin avtobusu ilə toqquşub. Nəticədə, hərbi maşında olan 9 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Daxili Qoşunların Nərimanov rayonunda yerləşən Hospitalına yerləşdirilib. Ancaq xəstəxanaya yerləşdirilən əsgərlərdən biri orada dünyasını dəyişib Hazırda əsgərlərin vəziyyəti barədə tam məlumat verilməsə də, onların vəziyyətinin ciddi olmadığı bilidirilir. Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin motivi araşdırılır. İlkin məlumata görə, günah sərnişin avtobusunun sürücüsündə olub. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA