Sərdar Cəlaloğlunun qardazı oğlu Altay Məmmədovun və daha 5 nəfərin məhkəməsi bazlayıb

img

05-03-2010 [06:04]


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə ADP-nin sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Altay Məmmədovun və daha 5 nəfərin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Rəşid Hüseynov sədrlik edir. İbtidai istintaq orqanı Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən ?N? saylı hərbi hissəsinin əsgərləri Altay Məmmədovu, Əziz Abdullayevi, Rəşad Rzayevi, Vahid Əhmədovu, Elvin Qurbanovu və Adil Xiyilovu əsgər yoldaşlarına qarşı təhqiredici hərəkətlərdə və işgəncələrdə təqsirləndirir. Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini ittihamlar üzrə təqsirli bilməyiblər. Təqsirləndirilənlərdən biri Altay Məmmədov ?Hürriyyət? qəzetinin redaktoru Süleyman Məmmədlinin oğludur. O, 2009-cu il oktyabrın 6-da hərbi xidməti başa vuraraq ordudan tərxis olunub. Bundan 1 ay sonra onu əsgər yoldaşına qarşı təhqiramiz hərəkətlərdə təqsirləndirərək həbs ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA