Türkiyə ABŞ Konqresinə müraciət edib

img

26-02-2010 [02:17]


Türkiyə Böyük Millət Məclisi qondarma erməni soyqırımının tanınmasına dair qanun layihəsinin müzakirəsinin dayandırılması tələbi ilə ABŞ Konqresinə müraciət edib. Türkiyə Parlamentinin xarici münasibətlər komissiyası üzvlərinin imzaladığı müraciətdə deyilir ki, qanun layihəsinin müzakirəsi nə ABŞ, nə Ermənistan, nə də ki, Türkiyənin marağında deyil, əskinə bu addım Türkiyə-Ermənistan dialoqunu dayandıra bilər. Sənəddə bildirilir ki, belə tarixi məsələlər siyasətçilər tərəfindən müzakirə edilməməlidir. ?Biz inanırıq ki, Konqres üzvləri regionda sülhə zərər və ziyan gətirə biləcək bu cür ağır tarixi məsələləri müzakirə etməyəcək. Ümid edirik ki, amerikalı qanunvericilər bu məsələyə münasibətlərini yenidən nəzərdən keçirəcək?, deyə müraciətdə bildirilir. Xatırladaq ki, martın 4-ü ABŞ Nümayəndələr Palatasının Xarici Münasibətlər Komitəsi ?erməni soyqrımı?nın tanınmasına dair qətnaməni səsverməyə çıxaracaq. Rəsmi Ankara qətnamənin müzakirəsinə mane olmaq üçün Türkiyə Parlamentinin xarici münasibətlər üzrə komitəsinin sədri Murad Mərcan başda olmaqla Vaşinqtona nümayəndə heyəti göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA