Xarici izlər naziri Elmar Məmmədyarov Bruno Puezatı qəbul edib

img

25-02-2010 [07:54]


Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi Bruno Puezatı Azərbaycandakı fəaliyyətini başa vurması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bruno Puezat Azərbaycanın regionda lider dövlətə çevrildiyini və aparılan islahatlar nəticəsində davamlı inkişaf edəcəyini vurğulayıb. Elmar Məmmədyarov Azərbaycanın BMT ilə əməkdaşlığa mühüm önəm verdiyini söyləyib, ölkəmizin iqtisadi imkanlarının artması ilə hökumətimiz tərəfindən həyata keçirilən beynəxalq yardım siyasətinin fəallaşdığını nəzərə çatdırıb. Xarici işlər naziri bu istiqamətdə BMT təcrübəsinin əhəmiyyətli olduğunu qeyd edib. Elmar Məmmədyarov Bruno Puezata gələcək işlərində müvəffəqiyyətlər arzulayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA