Türkiyəli deputatlar ABŞ Konqresində ?erməni soyqrımı? layihəsinin müzakirəsini dayandırmağa çalızacaqlar

img

24-02-2010 [03:37]


Türkiyə Böyük Millət Məclisinin xarici münasibətlər komitəsinin sədri Murad Mərcan başda olmaqla beş nəfərdən ibarət nümayəndə heyəti Vaşinqtona səfər edəcək. Türkiyəli deputatlar səfər zamanı ABŞ Konqresində ?erməni soyqrımı? üzrə qətnamə layihəsinin müzakirəsi ilə bağlı Türkiyə tərəfinin narahatçılığını Amerika tərəfinə çatdırmağa səy göstərəcəklər. Türkiyənin ?Sabah? qəzetinin yazdığına görə, həftəsonu Türkiyə nümayəndə heyəti Konqres, Senat və ABŞ Dövlət Departamentində görüşlər keçirməyə başlayacaq. Qeyd edək ki, bu gün Türkiyənin Birləşmiş Ştatlardakı yeni səfiri Namiq Tan etimadnaməsini təqdim edərkən, Konqresdə qondarma erməni soyqrımı qətnaməsinin müzakirəsi ilə əlaqədar ölkəsinin narahatçılığını Barak Obamaya çatdıracaq. Bundan əlavə, Tan bu məsələnin Konqressdə müzakirəsinin dayandırılması üçün nüfuzlu yəhudi lobbisinin nümayəndələri ilə görüşmək niyyətindədir. Türkiyə KİV-nin fikrincə, qondarma erməni soyqrımının Konqressdə müzakirəyə çıxarılması rəsmi Ankara və Vaşinqtonun münasibtlərini korlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA