Binəqədidə partlayız baz verən binada dağıntılar altında qalan zəxsin meyiti çıxarılıb

img

22-02-2010 [02:04]


Bakının Binəqədi rayonunda partlayış baş verən binada dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb. Müstəqil İnformasiya Agentlilyinin xəbərinə görə, meyiti çıxarılan şəxs həmin binada gözətçi işləyən 1959-cu il təvəllüdlü Xoşbəxt Babayevdir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, meyit itlərin köməyi ilə saat 13:30 radələrində aşkarlanaraq dağıntılar altından çıxarılıb. Hazırda X.Babayevin meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. Qeyd edək ki, bu gün səhər saat 06.00 radələrində Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA