DiN kollegiya iclasında cibgirlik cinayəti müzakirəyə çıxarılacaq

img

12-03-2010 [02:28]


2010-cu ilin ilk iki ayı ərzində Bakı şəhərində 1569 cinayət hadisəsi qeydə alınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov deyib. Onun sözlərinə görə, bu rəqəm keçənilki ilə müqayisıdə 4,9 faiz çoxdur. Cinayətlərin açılma faizi isə ötən ildə 65 faiz-dən 69 faizə qalxıb. İdarə rəsmisi bildirib ki, bu ilin müvafiq dövründə narkotik vasitələrlə bağlı qeydə alınan cinayətlərin sayı ötən illə müqayisədə artıb (290 və 245), açılma faizi isə yüksək (88 və 87 faiz) olaraq qalıb. Narkotik maddələrin satışı ilə əlaqədar cinayətlərin açılması da 15 faiz artıb. Bu ilin iki ayı ərzində qanunsuz dövriyyədən 33,3 kiloqram narkotik vasitə (18.7 kiloqram ağır və 14,6 kiloqram yüngül narkotik olmaqla) çıxarılıb ki, bu da keçən ilin müvafiq dövründəkindən təxminən 30 faiz çoxdur. Brifinqdə o da bildirilib ki, 2010-cu ilin iki ayı ərzində Bakı şəhərində 70-75 cibgirlik cinayəti qeydə alınıb. Bu cinayətlərdən 20-25-nin üstü açılıb. Cibgirliklə bağlı cinayətlər Daxili İşlər Nazirliyinin nəzarətindədir. Nazirliyin mart ayında keçiriləcək kollegiya iclasında cibgirlik cinayəti müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA