DiN əməkdazları saxta pul kəsən dəstənin üzvlərini yaxalayıb

img

22-02-2010 [01:33]


Daxili işlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dövriyyəyə saxta pul buraxan 4 nəfərlik dəstəni zərərsizləşdirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həyata keçirilən xüsusi əməliyyat tədbirləri zamanı Bakı şəhər sakinləri ? Azər Abdullayev, Vüqar Yolçuyev, Vüsal Salmanov və İntizam İsayev iş başında yaxalanıblar. Onlar 500 ədəd 100 manatlıq saxta əskinası 20 min manata satarkən ələ keçiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA