Bakıda qaz sızmasından yazayız binasında partlayız baz verib

img

22-02-2010 [12:35]


Bu gün səhər saat 05:40 radələrində Binəqədi rayonu 12-ci Mədən küçəsi, 89-cu korpus ünvanında yerləşən ikimərtəbəli yaşayış binasında partlayış baş verib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, partlayış nəticəsində yaxınlıqda yerləşən rayon Hərbi Komissarlığının şüşələri də sınıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Faktla bağlı Rayon Polis İdarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır. Bəzi məlumatlara görə, evin gözətçisi dağıntı altında qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA