Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində yanğın olub

img

04-03-2010 [01:29]


Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda N saylı hərbi hissənin ərazisində ümumi sahəsi 2500 kv.m. olan, hazırda istifadə olunmayan birmərtəbəli kazarma binasının yanar konstruksiyaları 600 kv.m. sahədə yanıb. Yanğın saat 01:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA