Bu gün ATƏT Parlament Assambleyasının qız sessiyası bazlayır

img

18-02-2010 [12:29]


Bu gün Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası başlayır. İki gün davam edəcək sessiyada 240-a yaxın parlamentari iştirak edəcək. Sessiya çərçivəsində üç komitənin (siyasi məsələlər və təhlükəsizlik, demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadiyyat, elm, texnologiyalar və ətraf mühit) birgə və ayrıca iclasları da keçiriləcək. Sessiyanı ATƏT PA-nın sədri Joao Soareş açacaq. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də müraciətlə çıxış edəcək. Sessiyanın ikinci günündə Əfqanıstand abağlı xüsusi debatlar olacaq. ATƏT PA-nın qış sessiyasında Azərbaycanı Milli Məclisin vitse-spikeri Bahar Muradovanın başçılığı ilə nümayəndə heyəti təmsil edəcək. Nmüayəndə heyətinə millət vəkilləri Fəttah Heydərov, Fazil Mustafa və Azay Quliyev də daxildirlər. İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibət bildirəcəklər. Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov fevralın əvvəllərində bildirmişdi ki, sessiya çərçivəsində ATƏT PA-nın prezidentinin Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin təşkilatçılığı ilə Azərbaycan və Ermənistandan olan deputatların görüşünün baş tuta biləcəyini istisna olunmur. Lakin Eldar İbrahimovun özü Vyanaya gedən nümayəndə heyətinin tərkibində yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA