Prezident ilham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

img

16-02-2010 [12:34]


Prezident İlham Əliyev Slovakiya, Qırğızıstan və İspaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaşla söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu, siyasi və iqtisadi münasibətlərimizin daha da genişlənməsi üçün qarşılıqlı imkanların öyrənilməsinin zəruriliyi vurğulanıb, ikitərəfli əməkdaşlığın daha da möhkəmlənəcəyinə inam ifadə olunub. Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovla görüş əsnasında ölkələrimiz arasında əlaqələrin hazırda uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə də münasibətlərimizin möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da intensiv xarakter daşıyacağına ümidvar olduğunu bildirib. Diplomat ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmlənməsinin zəruriliyini vurğulayıb. İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateo ilə söhbət zamanı isə Azərbaycanla İspaniya arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA