Məmmədyarov Slovak Respublikasının Azərbaycana yeni təyin olunmuz səfirini qəbul edib

img

15-02-2010 [02:39]


Xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Rusiya Federasiyasında olan Slovak Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaşı qəbul edib. Etimadnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu qeyd edib. Y.Miqaş fəaliyyəti dövründə Slovak-Azərbaycan araında iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə münasibətlərin inkişafına və genişləndirilməsinə xidmət edəcəyini söyləyib. Öz növbəsində qonağı salamlayan nazir E.Məmmədyarov Y.Miqaş ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan ilə Slovakın beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, hər iki ölkə arasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi üçün geniş potensialın olduğunu və bu imkanların səmərəli istifadəsinin məqsədəmüvafiqliyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA