Obama irana yeni sanksiya qoyulacağını deyir

img

10-02-2010 [05:33]


ABŞ prezidenti Barak Obama İrana yeni sanksiya qoyulacağını bildirib. Buna səbəb İranın nüvə proqramını genişləndirmək qərarını verməsidir. Obama beynəlxalq ictimaiyyətin İranın bu hərəkətinə qarşı olduğunu bildirib. ABŞ prezidenti əlavə edib ki, Tehranın BMT planından imtina etməsi onun silahlanma kursu tutduğunu sübut edir. Fevralın 9-da İranın dövlət televiziyası bildirib ki, İran tibbi məqsədlər üçün uranın 20 faiz zənginləşdirilməsinə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA