Serj Sarkisyan türkiyəli həmkarı Abdulla Gülə məktub yazıb

img

09-02-2010 [01:44]


Ermənistan prezidenti Serj Sarkisyan türkiyəli həmkarı Abdulla Gülü iki ölkə münasibətlərinin normallaşdırılması istiqamətində qətiyyətli addım atmağa çağırıb. Ermənistan prezidenti Abdulla Gülə bu mövzuda məktub da ünvanlayıb. ?Zati-aliləri, Türkiyə üzərindən uçarkən Sizi və qonşu Türkiyə xalqını salamlayıram. Bizim Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması təşəbbüsümüz dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu, həqiqətən tarixi məqamdır və bunu yalnız biz deyil, bütün dünya başa düşür. Bu işdə nəhəng dövlətlərin səyləri də qiymətsizdir. Bununla yanaşı əminəm ki, onların dəstəyi olmadan irəli getmək çətin olardı?, deyən Serj Sarkisyan münasibətlərin normallaşdırılması üçün qarşılıqlı inamı vacib sayıb. Sarkisyan bununla yanaşı, hər şeyin iki xalqdan asılı olduğunu bildirib. ?Cənab prezident, düşünürəm ki, biz yalnız öz işimizə inanmaqla uğura nail ola bilərik. Əks halda, sözlə əməl bir-birinə uyğun olmursa, bu, prosesin əleyhdarlarının fəaliyyəti üçün geniş imkanlar yaradır. Biz anlamalıyıq ki, bu, prosesə kömək etmir və əksinə, onu mənasızlaşdırır?, deyə Sarkisyan vurğulayıb. Ermənistan prezidentinin sözlərinə görə, əgər indiyə qədər ikitərəfli münasibətləri bu səviyyəyə çatdıra bilibsə, bu gün qərarlılıq nümayiş etdirməyin, irəliyə doğru böyük addım atmağın zamanı çatıb. ?Zati aliləri, zəhmət olmasa, Sizə dərin ehtiramımı qəbul edin?, deyə sonda Sarkisyan qeyd edib. Qeyd edək ki, S.Sarkisyan səhər Böyük Britaniyaya səfərə yollanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA