Prokurorluqda kollegiya iclası keçirilib

img

08-02-2010 [12:23]


Fevralın 6-da Baş Prokurorluqda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2009-cu ildə ?Prokurorluq haqqında? Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Respublika Prokurorluğu mətbuat xidmətindən verilən məlumata görə, baş prokuror Zakir Qaralov kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edib. Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini Namiq Əsgərov, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və digər natiqlərin çıxışlarında 2009-cu il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilib. Eyni zamanda ?Prokurorluq haqqında? Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb. Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov bildirib ki, prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə, məhkəmə və ədliyyə, xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə ölkədə həyata keçirilən möhtəşəm quruculuq işlərinin əsas təminatı olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsi prosesində aktiv iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA