Bakıda yol qəzalarında iki nəfər həlak oldu

img

22-01-2010 [03:53]


Nərimanov rayonu A.Nemətulla küçəsində, sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş ?İveko? markalı avtomaşınla Bakı şəhər sakini Nazim Məmmədov vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Məmmədov orada ölüb. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş avtomaşının sürücüsü, Kürdəmir rayon sakini Rauf Şahgəldiyev tutulub. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır. DİN-in məlumatına görə, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində, Cəlilabad rayon sakini Samir Həsənov atasına məxsus ?VAZ-21074? markalı avtomaşını idarə edərkən Xəlilabad kənd sakini Siyasət Əsədullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Əsədullayev orada ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA