Bakıda yazayız binasında yanğın hadisəsi baz verib

img

04-02-2010 [03:15]


Paytaxt Bakının Nizami rayonunda yanğın hadisəsi qeydə alınıb. Elşad Süleymanov küçəsi 57 ünvanında yerləşən çoxmərtəbəi binada yanğın hadisəsi baş verib. Hadisə binanın doqquzuncu mərtəbəsində elektrik sayğaclarının quraşdırıldığı enerji blokunun qəfildən alışaraq yanması nəticəsində baş verib. Əraziyə cəlb olunmuş fövqəladə hallar nazirliyinin yanğınsöndürənləri yanğının qarşısı almağa müvəffəq olublar. Bina sakinlərinin sözlərinə görə elektrik naqillərinin keyfiyyətsiz və standartlara cavab verməməsi səbəbindən belə hadisələrlə tez-tez üzləşirlər. Baş vermiş yanğınla əlaqədar olaraq binaya enerjiin verilişi müvəqqəti dayandırılıb. Bina sakinlərini qaranlığa qərq edən yanğının səbəbləri başlanmış araşdırmalardan sonra məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA