Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalını məhkəməyə verib

img

06-02-2010 [03:06]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalını məhkəməyə verib. Buna səbəb Türkiyə Böyük Millət Məclisinin bu həftə keçirilən iclasında hakim Ədalət və İnkişaf Partiyasından və MHP-dən olan millət vəkilləri arasında baş verən əlbəyaxa davaya görə Baxçalının Ərdoğanı ittiham etməsidir. Baş nazir məhkəməyə təqdim etdiyi iddia ərizəsində MHP liderinin məsələ ilə bağlı yaydığı açıqlamada onun şərəf və ləyaqətini təhqir etdiyi bildirilib. Bu səbəbdən Ərdoğan Baxçalıdan 100 min TL (50 min AZN) tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA