Kərbəlada növbəti partlayız olub, 30 nəfərə yaxın adam həlak olub

img

05-02-2010 [05:23]


Bu gün İraqın Kərbəla şəhərində iki partlayış olub. 20 nəfər həlak olub, 75 nəfər yaralanıb. Röyterin məlumatına görə, partlayış bomba qoyulmuş maşınla törədilib. Bu gün İmam Hüseynin qırx mərasimiylə bağlı Kərbəlada əsas ayin həyata keçirilir. Müxtəlif yerlərdən, əsasən də qonşu İrandan yüz minlərlə şiə müsəlmanı İmam Hüseynin məzarını ziyarət etmək üçün Kərbəlaya gəlib. Bu partlayışdan əvvəl son bir həftə ərzində sunni müsəlmanlar tərəfindən törədildiyi güman olunan partlayışlar nəticəsində Kərbəlada 60-dan çox zəvvar həlak olmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA