Müqtəda Əs-Sədr Kərbəla ziyarətinə gedərkən qətlə yetirilən Maztağa sakininin meyitini valideynlərinə təhvil verib

img

04-02-2010 [06:41]


Azərbaycandan Kərbəla ziyarətinə gedən avtobusun naməlum şəxslər tərəfindən güllələnməsi nəticəsində dünyasını dəyişən Maştağa sakini, 16 yaşlı Leyla Əhmədovanın cənazəsini İraq şiələrinin və ?Mehdi Ordusu?nun lideri Müqtəda Əs Sədr İraq hökumətindən alaraq valideynlərinə təhvil verib. Müstəqil İnformasiya Agentliyi birlik.az-a istinadən xəbər verir ki, ?Əl-Məhdi? Hərəkatının lideri işə qarışıb və azərbaycanli şəhid qizin cənazəsini İraq hökumətindən alib valideynlərinə təhvil verib. Əks halda Azərbaycanın Kərbəla ziyarətində olan zəvvarlarına hücum edən vəhabi terrorçularının qətlə yetirdiyi 14 yaşlı Maştağa sakininin cənazəsi istintaq getdiyindən və saxta viza ehtimalı ilə vizaların yoxlanmasından ötrü hələ bir neçə gün də İraq hüquq ? mühafizə orqanlarının tibb mərkəzində qalmalı idi. Ümumiyyətlə, İraq hökuməti cənazənin İraqda deyil Azərbaycana təhvil verilməsini, burada dəfn olunmasını istəyirmiş, problemi Muqtəda Əs-Sədr həll edib. Şəhidə Nəcəfdə dəfn olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA